“S&P”: Manatın dollara qarşı məzənnəsi 2028-ci ilə qədər dəyişməyəcək

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün orta illik inflyasiyanı 2 % səviyyəsində proqnozlaşdırır.

report xəbər verir ki, ötən il Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.

Agentliyin yenilənmiş proqnozlarına görə, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 4 %-ə qədər artacaq, lakin 2026-2027-ci illərdə illik 3 %-ə qədər azalacaq.

Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında orta illik inflyasiya 1,7 % təşkil edib. İqtisadiyyat Nazirliyi ölkədə orta illik inflyasiyanı 2024-cü il üçün 2,7 %, 2025-ci il üçün 4,6 %, 2026-cı il üçün 4 %, 2027-2028-ci illər üçün isə illik 3,8 % səviyyəsində proqnozlaşdırır.

“S&P” Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9 %-ni (2023-cü ildə ÜDM-in 11,5 %-i) təşkil edəcəyini proqnozlaşdırır.

Agentliyin hesablamalarına görə, cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə ÜDM-in 2,7 %-ni, 2026-cı ildə ÜDM-in 1,2 %-ni təşkil edəcək, 2027-ci ildə isə hesab ÜDM-in 0,2 %-i səviyyəsində kəsirlə olacaq.

“S&P” həmçinin hesab edir ki, 2028-ci ilə qədər manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyəcək.

"Hökumətin valyuta bazarına mütəmadi müdaxilələri ilə Azərbaycanda dollar-manat nisbətinin 1,7 səviyyəsində saxlayacağını proqnozlaşdırırıq. Bununla belə, karbohidrogen qiymətləri kəskin düşərsə və uzun müddət aşağı qalarsa, hakimiyyətin Mərkəzi Bankın valyuta ehtiyatlarını əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəni tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edirik", - agentlik vurğulayıb.

11 Dekabr 2024 Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı
09 Dekabr 2024 “Lada”ların qiyməti od tutub yanır – Bazarda Rusiya maşınları kəskin bahalaşdı
09 Dekabr 2024 Avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu tarixədək...
06 Dekabr 2024 Azərbaycanda yeni tikilən binalarda mənzillər ucuzlaşacaq - YENİ QANUN
06 Dekabr 2024 İpoteka Fonduna ayrılan 100 milyon əmlak bazarına necə təsir edəcək?
05 Dekabr 2024 Bakı, köklü dəyişikliklər astanasında - 2040-ci ilə qədər nələr olacaq?
05 Dekabr 2024 İpoteka götürmək istəyənləri sevindirəcək XƏBƏR
05 Dekabr 2024 Aeroport yolunda yeni piyada keçidi - Fotolar
04 Dekabr 2024 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
02 Dekabr 2024 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edılib
02 Dekabr 2024 Manatın dövretmə sürəti azaldı - RƏSMİ
29 Noyabr 2024 Bu ölkələrə vizasız gedəcəyik
26 Noyabr 2024 Azərbaycan BOKT-larında kredit riskinin idarə edilməsi qaydası təsdiqləndi
25 Noyabr 2024 ADY COP29 dövründə: Dayanıqlı, təhlükəsiz və rahat
25 Noyabr 2024 Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
25 Noyabr 2024 Nazirdən iş yerləri ilə bağlı xoş xəbər
25 Noyabr 2024 Balıqların qiyməti bahalaşdı - Ən çox bu balıqlar alınır
23 Noyabr 2024 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
23 Noyabr 2024 Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
20 Noyabr 2024 Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama

Xəbər lenti