“Sədərək” və “Binə”də qiymətlər artacaq

Vergi Məcəlləsindəki dəyişiklik ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək

Azərbaycanda bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Əks təqdirdə, hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 min manat maliyyə sanksiyası tətbiq ediləcək. Vergi Məcəlləsindəki dəyişiklik ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək.

O da məlumdur ki, bazarlarda bir sıra məhsulların qiyməti dükanlarla müqayisədə nisbətən aşağıdır. Tikinti materiallarından tutmuş, geyim məhsullarına qədər bir sıra məhsullar bazarlarda daha sərfəli qiymətə olduğu üçün əhali ora gedir. Xüsusən “Sədərək”, “Binə” və digər böyük bazarlarda sahibkarların çoxu vergi vermir. O baxımdan yeni qərar bazarlarda qiymətlərin artmasına necə təsir edəcək?

İqtisadçı Elmir Səfərli deyir ki, vergi uçotunda olmaq ilk növbədə sahibkarların özləri üçün faydalıdır. Çünki bütün ödənişlər artıq qeyri-nağd üsulla aparılır. Buna görə də bank hesablarına və daxil olan maliyyə vəsaitinə nəzarət etmək üçün vergi uçotuna durmaq şərtdir: “Bununla da onlar həm dövriyyələrini, həm də vergilərini rəsmi şəkildə göstərəcəklər. 2025-ci ildən etibarən müəyyən sahibkarıq növləri var ki, onlara xüsusi güzəştlər tətbiq ediləcək. Xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğin 20 faizi, yəni ümumi dövriyyənin 5 faizi qədər mənfəət vermə kimi şanslar ortaya qoyulur. Bu da sahibkarlar üçün faydalıdır. Onlar müəyyən qədər 15 faizli böyük vergidən azad olunacaqlar. Bunun iqtisadiyyata da böyük təsiri var. Büdcə gəlirinin, vergiyə daxil olmaların artırılması üçün önəmli şərtdir. Bu faydalar sahibkarlara izah edilməlidir ki, yayınmasınlar, əksinə, can atsınlar. Bu zaman hər iki tərəfə - həm dövlətə, həm də sahibkarlara sərfəli olacaq”.

Ekspert deyir ki, bu dəyişiklik qiymət artımına təsir etmir: “Qiymət artımına maya dəyərinin artması təsir edə bilər. Verilən vergilərin həcmi artırılarsa, qiymət artar. Bunların heç biri baş vermədiyi üçün qiymət artımından söhbət gedə bilməz. Hər hansı sahibkarın vergi uçotunu bəhanə edib qiyməti qaldırması süni artımdır”. /Musavat.com

22 Yanvar 2025 Bu uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək
22 Yanvar 2025 Mərkəzi Bank inflyasiya proqnozunu yenilədi
17 Yanvar 2025 Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
17 Yanvar 2025 Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
16 Yanvar 2025 Azərbaycanda avtomobillər bahalaşacaq? - Mart ayına qədər...
11 Yanvar 2025 Bakıda yeni park salınır
10 Yanvar 2025 Yeni tikililərdə mənzillərin qiyməti ucuzlaşacaq – VERGİ AZALDILDI
10 Yanvar 2025 Bakıda artıq altı yeni metro stansiyasının yeri müəyyənləşdirilib
10 Yanvar 2025 Tramvaylar Bakıya qayıdır - Əsas küçələr BƏLLİ OLDU
10 Yanvar 2025 Azərbaycana 100-dən artıq yeni avtobus gətiriləcək
10 Yanvar 2025 Mərkəzi Bankın sədrindən yeni qərar
08 Yanvar 2025 Azərbaycanda yeni kredit qaydaları: Kimlər ala biləcək?
07 Yanvar 2025 Azərbaycanın üç rayonunda bəzi şəxslərə yeni mənzillər veriləcək
07 Yanvar 2025 Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir
03 Yanvar 2025 Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb
29 Dekabr 2024 Dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq
28 Dekabr 2024 Avropada qaz qiymətləri sürətlə bahalaşır
24 Dekabr 2024 Bakıda məşhur restoranların Yeni il qiyməti
23 Dekabr 2024 Azərbaycanda kimlər daha tez pensiya ala bilər?
23 Dekabr 2024 Özbəkistan prezidenti TƏSDİQLƏDİ: Emin Ağalarovun layihəsi ilə bağlı QƏRAR - 10 MİLYARD...

Xəbər lenti