İmişlidə xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs edildi

Yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan bir qrup şəxs barəsində qərar verilib.

APA xəbər verir ki, saxlanılan şəxslərlə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

İmişli rayon məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.

Qeyd edək ki, yanvarın 18-də saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və YPX avtomobilinin sürücüsü xəsarət alıb.

İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə baş verəndən sonra qəzaya düşən YPX avtomobilinə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilib ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunub, istintaqın obyektiv aparılması üçün qanuna müvafiq tədbirlər görülür.

Onu da əlavə edək ki, qəzada xəsarət alan uşaqlardan biri müalicə olunduğu Yeni Klinikada yanvarın 22-si saat 01:45 radələrində dünyasını dəyişib.

22 Yanvar 2025 Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
22 Yanvar 2025 DİN-dən əhaliyə: Bunu etməyin!
22 Yanvar 2025 İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib
22 Yanvar 2025 Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy hakim qarşısına çıxarıldı
21 Yanvar 2025 Bakıda Abdulbari Gözəlin yas mərasimi keçirilir - FOTOLAR
21 Yanvar 2025 Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
21 Yanvar 2025 İmişlidəki qəzaya görə bir nəfər həbs edildi
20 Yanvar 2025 Vitali Balasanyan Bakıya məktub ünvanladı - Nələr yazıb?
20 Yanvar 2025 20 Yanvar Qanlı Faciə, Qəhrəmanlıq Dastanı
18 Yanvar 2025 DİN-dən İmişlidəki hadisə ilə bağlı daha bir AÇIQLAMA
18 Yanvar 2025 Avtomobil məktəbliləri vurub, iki şagird ölüb - YENİLƏNİB
18 Yanvar 2025 Hökümənin ailəsindən oğurlanan pullar qaytarıldı - Onlar tapıldı
18 Yanvar 2025 Metroda səs-küy salan şəxs həbs edildi
18 Yanvar 2025 Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
18 Yanvar 2025 H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
18 Yanvar 2025 Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub, 80 min manat oğurlanıb - Özəl
18 Yanvar 2025 Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
17 Yanvar 2025 Arayik Azərbaycan xalqından üzr istədi
17 Yanvar 2025 Müdafiə Nazirliyi məlumat yaydı - təşvişə düşməyə heç bir əsas yoxdur
17 Yanvar 2025 Niyam Salami dələduzluqda ittiham olunur

Xəbər lenti