20 ölkə Trampa qarşı çıxdı: Ukraynaya dəstək - Makron

ABŞ-ın Kiyevlə bağlı dəyişmiş siyasəti fonunda 20 Avropa ölkəsi və Kanada 3 ilə yaxındır Rusiyanın hərbi təcavüzünü dəf edən Ukraynaya yardımı davam etdirəcəklərini bəyan ediblər.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Parisdə qeyri-rəsmi sammitin nəticələri haqda danışarkən deyib.

“Biz Ukraynanı dəstəkləyirik və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirəcəyik”, - Makron bildirib.

O vurğulayıb ki, Ukrayna sülhə nail olmaq səylərində iştirak etməli və onun hüquqlarına hörmət edilməlidir. Bundan əlavə, onun sözlərinə görə, Avropa ölkələrinin təhlükəsizlik narahatlıqlarını nəzərə almaq lazımdır.

Qeyd edək ki, ötən gün baş tutan sammitdə videobağlantı vasitəsilə Litva, Finlandiya, Kipr, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Estoniya, Yunanıstan, İrlandiya, İslandiya, Latviya, Norveç, Portuqaliya, İsveç, Sloveniya və Çexiyanın dövlət və hökumət başçıları iştirak ediblər.

Bundan əlavə, görüşdə şəxsən Rumıniya prezidenti səlahiyyətlərini icra edən İlie Bolojan və Lüksemburqun Baş naziri Luk Friden də iştirak edib.(axar.az)

21 Fevral 2025 Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
21 Fevral 2025 Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
21 Fevral 2025 Pezeşkiandan Trampa Azərbaycanca mesaj: “Tülkü kölgəsində yatma...”
21 Fevral 2025 Ukraynaya silah satışını dayandırdılar
21 Fevral 2025 Xamenei Qətər əmirini "iynələdi": Yerinizdə olsaydıq...
21 Fevral 2025 Ukrayna ilə bağlı qadağa - bəyannamə hazırladılar
20 Fevral 2025 Trampdan Ukrayna XƏBƏRDARLIĞI: Bitməsə, dünya müharibəsi başlayacaq
20 Fevral 2025 Putin ilk dəfə açıqladı: Trampla bu məsələlərdə razılığa gəldik
20 Fevral 2025 Zelenski Trampın onun reytinqi ilə bağlı sözlərini CAVABSIZ QOYMADI
19 Fevral 2025 Səudiyyə Ərəbistanı ABŞ-Rusiya danışıqlarına niyə ev sahibliyi edir? - Təhlil
19 Fevral 2025 Zelenski Ərdoğandan nə istəyib? - Türk Dövlətləri məsələsi...
19 Fevral 2025 Rusiya istəsəydi bütün Ukraynanı məhv edərdi - Trampdan ŞOK
19 Fevral 2025 Avropaya Rusiya mesajı: İndidən məcbur edilir
19 Fevral 2025 Pakistan Baş naziri Azərbaycana səfər edəcək
19 Fevral 2025 Duda: ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırmır
19 Fevral 2025 Rusiya və ABŞ bu meydanda "DÖYÜŞƏ BİLƏR"
18 Fevral 2025 Türkiyədə naməlum obyekt göründü: aeroportun fəaliyyəti dayandırıldı
18 Fevral 2025 Peskov: Putin Zelenski ilə danışıqlara hazırdır
18 Fevral 2025 Danışıqlar start götürdü: Ər-Riyadda Putin-Tramp başlanğıcı
18 Fevral 2025 Ərdoğanla Zelenski Putini KÜNCƏ SIXIŞDIRDI: DÜNYA ŞOKDA! – yeni sülh MODELİ

Xəbər lenti