Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?

Bakı şəhərində daha 213 yeni, tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir.

Bəs satmaq öhdəliyi ilə kirayə mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir edir?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, kirayə mənzillər yeni binalarda, təmirli və çıxarışlı olur.

"Lakin bu mənzillər əmlak bazarında bahalaşma yaratmır. Çünki belə mənzillər limitli sayda olur. Bu layihə əhalinin müəyyən şəxsləri üçü əlçatandır", - o qeyd edib.

Kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilən mənzillərin baha olması fikrinə münasibət bildirən ekspert bildirib ki, Fond mənzilləri alır, təmir etdirir və çıxarışla təmin olunur, ondan sonra bazara çıxarılır:

"Bu da kifayət qədər xərc deməkdir. Belə səbəblərdən dolayı qiymətlərin bu civarda olması normaldır".

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə vurğulayıb ki, Fondun təqdim etdiyi mənzillərlə MTK arasında qiymət fərqi var.

"MTK-larda da mənzillər daha bahadır və ilkin olaraq müəyyən qədər ödəniş etmək lazımdır.

Sözügedən mənzillərin mənzil bazarında qiymətlərə təsirinə gəldikdə, heç bir təsiri yoxdur. Belə mənzillər lokal ərazilərdə təqdim olunur. Eyni anda paytaxtın bir neçə ərazisində bu layihə həyata keçirilsəydi, onda təsiri az da olsa, mümkün idi. Ümumiyyətlə, belə layihələrin sayının artırılmasına ehtiyac var.

Paytaxtda mənzillərin qiymətinə toxunan ekspert qeyd edib ki, qiymətlər bahalaşan xətt üzrə davam edir. Ən çox tələbat 100-150 min manat aralığında olan mənzillərədir", - deyə o qeyd edib.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 213 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.

Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.

Qeyd edək ki, yaşayış sahələri çoxmənzilli bina kompleksində yerləşir və yüksək keyfiyyətli tikinti materialları ilə müasir dizaynda təmir edilib. Mənzillər elektrik enerjisi, qaz və su ilə tam təchiz olunub. Kompleks geniş həyətyanı sahəyə və yeraltı qaraja malikdir. Həyətyanı sahədə sakinlərin istirahəti üçün şərait yaradılıb, müxtəlif idman qurğuları, uşaq oyun meydançası quraşdırılıb. Ərazidə uşaq bağçası və məktəb mövcuddur. Metronun "Dərnəgül” stansiyasından 50 metrlik məsafədə yerləşən kompleksin yaxınlığında həmçinin avtobus dayanacağı və digər zəruri infrastruktur mövcuddur.

Yeni mənzillər vətəndaşların seçimi üçün 08 aprel 2025-ci ildən etibarən açıq olacaq.

05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib
29 Mart 2025 “Starlink” Azərbaycanda fəaliyyətə başlayıb
26 Mart 2025 “Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”
19 Mart 2025 Turizmdə yeni dövr: Qəbələ - Abu-Dabi reysi bizə nə verəcək?
18 Mart 2025 Sumqayıtla Sarayı birləşdirən körpü açıldı
18 Mart 2025 “Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat” təsdiqlənib
17 Mart 2025 2025-ci ilin valyuta qalibləri: dollar ilk beşlikdə yoxdur
14 Mart 2025 Bakıda 10 yeni metro stansiyasının tikintisi ilə bağlı TAPŞIRIQLAR VERİLDİ – FOTO
11 Mart 2025 Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər - VİDEO
10 Mart 2025 Bu günə olan vaIyuta məzənnələri
06 Mart 2025 Bu günə olan valyuta məzənnnələri
05 Mart 2025 Bu avtomobillərin idxalı gömrük rüsumundan azad edildi
04 Mart 2025 Maşın almaq istəyənlərə şad xəbər: Ucuzlaşma başlayır
04 Mart 2025 BU günə olan valyuta məzənələri

Xəbər lenti