OPEK+ üzrə neft istehsalının azaldılmasına baxmayaraq Azərbaycanda hasilatın artacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə “S&P Global Platts” agentliyini məlumat yayıb. Bildirilir ki, “Şahdəniz” qaz-kondensat yatağında kondensat hasilatının artması köhnə neft yataqlarında azalan istehsalı kompensasiya edəcək: “2019-cu ildə Azərbaycanın xam neft və kondensat hasilatının sutkada 10 min barreldən az olmayaraq artacağı proqnozlaşdırılır. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində kondensat istehsalının 30 min barrel artaraq gündəlik orta hesabla 90 min barrel olacağı nəzərdə tutulur”.

Xatırladaq ki, dekabrın əvvəlində OPEK və OPEK+ üzrə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Gələn ilin yanvar ayından qüvvədə olacaq və 6 ayı əhatə edəcək bu qərar üzrə Azərbaycan sentyabrda gündəlik 796 min barrel olan neft hasilatını növbəti ildən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Azərbaycan gələn ildən neft hasilatını sutkada 776 min barrel həcmində saxlamalıdır. Noyabr ayı üzrə ölkədə gündəlik neft istehsalı 801 min barrel olub.

07 May 2025 ADY-dən Bayram Səfərlərinə Hədiyyə: Əlavə Qatar Reysləri!
07 May 2025 “AL Market”lər bağlanır? - Açıqlama
06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA

Xəbər lenti