|
Bakıda qayda pozan sürücünün görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, yanvarın 18-i paytaxtın Məhəmməd Hadi küçəsində hərəkətdə olan 99-UA-280 qeydiyyat nişanlı "Kia" markalı avtomobilin sürücüsü digər avtomobilin güzgüsünü vuraraq hadisə yerindən yayınıb. Qeyd etdiyimiz avtomobil "Okean Avtosalon"a məxsusdur. Həmin avtomobilin sürücüsü yolun hərəkət hissəsində düzgün yerləşməyərək onun sağında dayanmış avtomobilin zolağına keçib. Nəticədə sağ zolaqdakı avtomobilin güzgüsünü vuraraq hadisə yerindən yayınıb. Görüntünü qeydə alan sürücü onun arxasıyca gedərək öz iradını bildirib. Lakin qaydanı pozan sürücü özünü müdafiə edərək günahının olmadığını bildirib.