Təhsil Nazirliyi önündə bir qrup tələbə və siyasi fəal etiraz aksiyası keçirir. Bir müddət əvvəl “Tələbə Tələbi” platforması sosial şəbəkələrdə “İmtahanları ləğv et!, Ödənişi ləğv et!” kampaniyası başladıb. Bu gün isə bir qrup tələbə Təhsil Nazirliyi önündə toplaşaraq pandemiya dövründə tələblərinin həyata keçirməsini tələb ediblər.(baxar.az)