|
Bu gün səhər saatlarında baş verən qəzalar zamanı Bakının Xətai rayonunda və Bərdədə qaz təchizatında müvəqqəti fasilələr yaranıb. “Azəriqaz” İB-dən Yol-xeber.az-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi "Halal" mərasim evi ilə üzbəüz ərazidə avtomobil yoldan çıxaraq əhali abonentlərini qazla təmin edən yerüstü orta təzyiqli diametri 57 mm olan qaz xəttinə çırpılıb. Qaz borusu yararsız hala düşüb. Nəticədə 80 abonentin qaz təminatında fasilə yaranıb.
Bərdə şəhərinin Həzi Aslanov küçəsi istiqamətində də avtomobillə diametri 40 mm olan qaz xəttini vurub yararsız hala salıblar. Qaz təchizatı dayandırılan müddətdə 45 abonentin qaz təminatında fasilə yaranıb. Hər iki hadisə ilə bağlı müvafiq prosedurların icrasına başlanılıb.