Əsir götürülən erməni hərbçilər Qarabağda döyüşməkdən imtina etmələrinə baxmayaraq, onları cəbhəyə göndərdiklərini etiraf ediblər.

"Ölkə.Az" xəbər verir ki, bunu Valera Ayrapetyan və Edik Tonoyan söyləyib.
"Mənim adım Valera Ayrapetyan Aşotoviçdir. Xankəndindənəm, 1997-ci ildə orada doğulmuşam. Sentyabrın 27-si evə çağırış gəldi ki, hərbi komissarlığa getməliyəm. Ancaq mən imtina etdim və növbəti gün yanıma gəldilər. Mənə dedilər ki, imtina etsəm, məni həbsə atacaqlar. Məni ön xəttə - Hadruta apardılar. Sonra dedilər ki, geri çəkilmək lazımdır. Orada təxminən 400 nəfər var idi, sonra müxtəlif istiqamətlərdə getdik. Biz Füzuliyə doğru getdik. Orada atəş altına düşdük. Mən qaçdım. Başa düşdüm ki, mən bura döyüşməyə gəlməmişəm, güllədən qaçmalıyam. Mənə 8 nəfər qoşuldu. Biz dağlardan keçməyə başladıq. Hara gedəcəyimizi bilmirdik. Növbəti gün səhər azərbaycanlı hərbçilərin səslərini eşitdim. Onlara döyüşmək istəmədiyimizi, buranın bizim ərazi olmadığını dedik. Sadəcə təslim olub yaşamağımızı dedik. Erməni xalqına müraciət edirəm. Qardaşlar və bacılar, bizə aid olmayan şeyə görə döyüşmək lazım deyil. Oğullarınızı, ərlərinizi boşuna ölməyə göndərməyin”.

Digər əsir Edik Solakoviç Tonoyandır: "Mən Edik Solakoviç Tonoyanam. 1975-ci ildə Ermənistanın Metsavan (Şahnəzər) kəndində anadan olmuşam. Sentyabrın 27-də müharibə başlayandan sonra məni və oğlumu tutub hərbi komissarlığa apardılar. Hərbi komissarlıqla razılaşdım ki, oğlumu yox, məni aparın. Razılaşdım ki, Ermənistan ərazisində xidmət edəcəyəm. Qarabağa getmək istəmirdim, çünki bizim torpaq deyil. Əgər lazımdırsa, Ermənistan uğrunda xidmət etməyə hazıram, amma Qarabağ üçün yox. Daha sonra məni Gorusa apardılar və bizə silah payladılar. Biz silahı götürmək istəmədik, ancaq dedilər ki, bu təhlükəsizlik üçündür, özünümüdafiə üçün lazım ola bilər. Daha sonra bizi Azərbaycan ərazisinə - Horadiz rayonuna apardılar. Biz orada səngər qazmağa başladıq. Bombalanma başladıqdan sonra biz durub qaçdıq. Mənimlə olanlar gənclər idi, qaça bildilər, ancaq mən qaça bilmədim. Təslim olmağa qərar verdim. Bütün erməni xalqına müraciət edirəm. Əziz həmvətənlərim, öz uşaqlarınızı Azərbaycan ərazisinə döyüşməyə buraxmayın. Biz əvvəllər yaxşı yaşayırdıq, yaxşı qonşu münasibətlərimiz var idi”.
 

10 May 2025 Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
09 May 2025 Bank kartlarından oğurluqlar davam edir
08 May 2025 DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”
08 May 2025 Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
08 May 2025 İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var
08 May 2025 Sumqayıtda emalatxanada partlayış - xəsarət alan var
07 May 2025 Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində UDUZDU
07 May 2025 Terrora dəstək üçün pul yığdılar - DTX yaxaladı
06 May 2025 “Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb öldü
06 May 2025 Sabah 28 dərəcə isti olacaq
06 May 2025 Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş - Video
06 May 2025 Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var
05 May 2025 Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR
05 May 2025 “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI
05 May 2025 Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb
05 May 2025 Şəhid atası meşədə itkin düşdü
05 May 2025 Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO
03 May 2025 Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır
03 May 2025 Sabiq məmurun nəvəsi qadına hücum edib? - Video
03 May 2025 Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib

Xəbər lenti