|
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, minaaxtaranlar Qarabağ münaqişəsi zonasında ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirəcəklər.
Bundan əlavə, onlar təchizat və evakuasiya marşrutlarının hazırlanması, suyun təmizlənməsi və digər mühəndis dəstəyi vəzifələrini təmin edəcəklər.
Partlayıcı maddələrin aşkarlanması və axtarışı prosesində xidməti itlərin istifadəsi də nəzərdə tutulub.