|
APA xəbər verir ki, Şirvan-Salyan magistralının Şirvan şəhər ərazisində yolu keçən piyadanı avtomobil vuraraq öldürüb. Piyadanın ölümünə səbəb olan sürücü avtomobillə hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları hadisəni törədən sürücünün və piyadanın kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirirlər.
Ölən piyadanın meyiti Şirvan morquna yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.