|
Binəqədi Rayon Məhkəməsində gəlinini öldürərək meyitini hissələrə bölüb, zibil qutularına atan İdris Məhərrəmov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
"Ölkə.Az"ın xəbərinə görə, məhkəmə təqdimatı təmin edib.
Qərara əsasən, İ.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, yanvarın 27-i gecə saatlarında Nəsimi rayonu ərazisində zibil qutularından naməlum qadının doğranmış meyiti aşkarlanıb. Yanvarın 28-də məlum olub ki, həmin şəxs 32 yaşlı Banu Məhərrəmovadır. Onu 75 yaşlı qayınatası İdris Məhərrəmovun öldürdüyü məlum olub. Hadisə isə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində baş verib. İdris Məhərrəmov qadını öldürdükdən sonra meyiti hissələrə bölüb, selofan və kisələrdə qonşu Nəsimi rayonuna apararaq, zibil qabılarına atıb.
Hadisədən sonra İdris Məhərrəmov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.