|
Azərbaycanlı kriminal avtoritet Əli Heydərovun (Albert Rıjiy) 40 illik yubleyində, xüsusi təyinatlı qüvvələrin forması geyinmiş sənətçilərin diz çökmüş formada şou nümayiş etdiriblər.
“Lenta” xəbər verir ki, hadisə yanvarın 30-da Moskva ətrafındakı Odinçevodakı “Ocaq” restoranında baş verib. Belə ki, xüsusitəyinatlı geyimdə olan bir qrup şəxs zala daxil olaraq “qanuni oğru”nun qarşısında “Black lives matter” ruhunda diz çöküblər. Bu şou güc strukturlaırnı çox qəzəbləndirib.
Əli Heydərov Gəncədə anadan olub və o 2012-ci ildə Aslan Usoyanın (Ded Xasan) tərəfdarları tərəfindən “qanuni oğru” kimi taclandırılıb.