|
Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Şəhər sakini, 1950-ci il təvəllüdlü Mahir Quliyev ailə münaqişəsi zəminində qardaşı arvadını, gəlinini və nəvələrini bıçaqlayıb.
Nəticədə qardaşı arvadı, 1967-ci il təvəllüdlü Ofeliya Quliyeva ölüb, 1984-cü il təvəllüdlü Günay Quliyeva , 2006-cı il təvəllüdlü Malik Quliyev və 2002-ci il təvəllüdlü Sevinc Quliyeva xəsarət alıb.