|
Külli miqdarda narkotik vasitəni əldə edərək satmaqda təqsirləndirilən 63 yaşlı qadın həbsxanada dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında təqsirləndirilən 1955-ci il təvəllüdlü Cəlilova Almaz Əli qızının cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, təqsirləndirilən şəxs həbsxanada qəflətən dünyasını dəyişib.
Mərhumun qızı hüquqi varis kimi məhkəmə iştirak edib. O, anasının vəfat etdiyi üçün barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib.
Hakim bildirib ki, mərhumun ölüm səbəbi bəlli deyil. Ekspertiza təyin edilib. Ekspertizanın rəyi məlum olduqdan sonra məhkəmə iclası davam etdiriləcək.
Qeyd edək ki, Almaz Cəlilova Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqaədi ilə külli miqdarda narkotik vasitə əldə etmə) maddəsi ilə təqsirli bilinir.