|
Masallı rayonunda evdən pul, qızıl bilərzik və mobil telefon oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən avqustun 28-də rayon ərazisindəki evlərin birindən 1000 manat pul, 1200 manat dəyərində qızıl bilərzik və mobil telefon oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini Mübariz Həmidov saxlanılıb.