|
Sumqayıtda körpə yaşadığı evin yuxarı mərtəbəsindən yerə yıxılıb.
"Report"un yerli bürosunun məlumatına görə, şəhər sakini, 2017-ci il təvəllüdlü Emil Surxay oğlu Rəhimli 2-ci mərtəbədən yıxılaraq, bədən xəsarətləri alıb.
Körpə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.