|
Ötən axşam Salyan şəhərinin Babazanlı yaşayış massivində qadın qəsdən sirkə turşusu içərək intihara cəhd edib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yerli sakin, 1960-cı ildə anadan olmuş Abışova Elmira İsrafil qızı mağazadan aldığı sirkə turşusunu içərək özünü zəhərləyib.
Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti ağırdır. Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.