|
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.
Musavat xəbər verir ki, o, YAP-ın Şəmkir rayon təşkilatının idarə heyəti və şuranın üzvlüyündən kənarlaşdırılıb.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılıb. Barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.