|
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı oradan “patı” və “şüşə” adlanan narkotik maddə-metamfetamin, heroin, elektron tərəzi və narkotiklərin satışından əldə edilən pullar aşkar edilərək maddi sübut kimi götürülüb.
Həmçinin əməliyyat tədbiri keçirilən zaman orada narkotik vasitə qəbul edən iki nəfər şəxs də saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakini Novruz Məmmədov və Hacıqabul rayon sakini Namiq Abdullayev olduqları müəyyənləşdirilib. Hər iki şəxs dindirilmə zamanı tiryəkxanaya narkotik vasitə qəbul etmək üçün gəldiklərini və pul müqabilində ev sahiblərinin onlara şərait yaratdıqlarını bildiriblər.
F.Şadlinski və Q.Baxışəliyeva isə izahatlarında onlara məxsus fərdi yaşayış evində narkotiklərin satışı həyata keçirdiklərini etiraf ediblər.
Faktla bağlı Şirvan ŞPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.