Ağsu rayonu, Keçdiməz kənd sakini Kamran Əzimzadə həyətlərindəki ot çardaqlarının üzünü qara maska ilə gizlədən şəxslər tərəfindən yandırıldığını iddia edir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən K. Əzimzadə bildirib ki, həyətyanı sahələr bir müddətdir naməlum şəxslər tərəfindən yandırılır: “Avqustun 16-da əmim oğlunun çardağını yandırdılar. Səhəri gün yaxınlığımızda yerləşən yaşayış olmayan evin həyətyanı sahəsini yandırdılar. Daha sonra  axşam saat doqquza qalmış bizim evin həyətini yandırdılar. Gördük və tez gedib söndürdük. Üstündən on dəqiqə keçəndən sonra çardağın tinindən od vurdular.  Yanğınsöndürən çağırdıq, söndürdülər. Elə həmin gün gecə saat birdə həyətimizin aşağısına da od vurub yandırdılar. 

Ayın 19-da axşam saatlarında çardağımıza baxmağa gedəndə qaraltı gördüm. Çağırdım, səs gəlmədi. Yaxınlaşanda gördüm ki, həmin şəxsin üzündə qara maska və onun üzərində də tül var. Üzünü açmaq istəyəndə məni yerə yıxdı, fiziki təzyiq göstərdi və paltarlarımı cırıq-cırıq etdi. Çantasından çıxarıb mənə iynə vurmağa çalışdı, qışqırdım, qaçdı".

Şikayətçinin sözlərinə görə, əvvəlki və budəfəki yanğınların hər ikisi haqda polisə məlumat veriblər: "Srağagün səhərdən axşam on birə kimi bizi polis şöbəsində dindiriblər. Bildirirlər ki, guya mənim psixoloji problemim var". 

Atam neçə gündür ki, gecələr yatmır, keşik çəkir. Ailəmizə yanan otlara görə çoxlu ziyan dəyib. Nə üçün qəsdən biz özümüzə ziyan vurmalıyıq? Polisə deyəndə ki, bizi qorumalısınız, deyirlər ki, bizim işimiz sizi qorumaq deyil. Elə polis şöbəsindən çıxıb 100 metr aralanan kimi kənddən zəng gəldi ki, ot tayası yandırıldı. Biz də dərhal şöbəyə qayıdıb məlumat verdik ki, baxın, hadisəni törədən biz deyilik. Qorxu içində yaşayırıq. İstəyirik ki, polis həmin adamları tez zamanda tapıb məsuliyyətə cəlb etsin”.

DİN Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov təsdiqləyib ki, sözügedən hadisə ilə bağlı vətəndaş iki dəfə 102-yə müraciət edib: “Kamran Əzimovun özünün dediyinə görə, qara maskalı şəxs tərəfindən iynə ilə ona xəsarət yetirilməsi ilə bağlı müraciət daxil olub. Bir də onların tövlələri yandırılıb. Hərəsində də 500 ot bağlaması olub. Hələ ki məsələ ilə bağlı konkret bir nəticə yoxdur, kənddə polis əməkdaşları tərəfindən araşdırma gedir. Bu məsələ ilə bağlı digər müraciətlər də daxil olub. Hazırda polis şöbəsində araşdırmalar aparılır. Həmin kənddə polis tərəfindən gücləndirilmiş xidmət aparılır”. 

Fotoda: Qara maskalı şəxs tərəfindən fiziki təzyiqə məruz qaldığını deyən Kamran Əzimzadə

27 Noyabr 2024 Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
27 Noyabr 2024 Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar
27 Noyabr 2024 Səhər saatlarında ÜZÜCÜ XƏBƏR! Ölənlər və yaralananlar var
26 Noyabr 2024 Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR
26 Noyabr 2024 Bakıda sabiq rəis həbs edildi
26 Noyabr 2024 Hindistan vətəndaşından ŞOK ƏMƏL: Bakı hava limanında SAXLANILDI - FOTOLAR
26 Noyabr 2024 Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
26 Noyabr 2024 Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
26 Noyabr 2024 Mingəçevir su anbarında zəlzələ olub
26 Noyabr 2024 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
25 Noyabr 2024 Ədalət Verdiyev həbs edildi
25 Noyabr 2024 Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü

Xəbər lenti