|
Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Şəxsi axtarış zamanı onun üzərindən 9 qram heroin və 8 qram psixotrop maddə metamfetamin aşkar edilib.
Nərmin Aydınova ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və heroinlə metamfetamini tanışı Ayxan adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Nərmin Aydınovaya narkotik vasitələri satan Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Ayxan Quliyev də saxlanılıb. Onun da üzərində şəxsi axtarış aparılan zaman heroin və metamfetamin aşkar edilib.
Bu şəxs ifadəsində narkotik vasitələri Nərmin Aydınovaya satdığını etiraf edib.
Araşdırma zamanı Ayxan Quliyevin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə onlayn yolla aldığı məlum olub.
Qeyd edilən faktlarla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.