|
Bu barədə Yol-xeber.az DGK-ya istinadən xəbər verir.
Belə ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşı "Qırmızı Kanal" vasitəsilə keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.
Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisində gömrük nəzarətindən gizlədilən, ümumi çəkisi 128 qram olan qızıl zərgərlik məmulatları – 2 ədəd sırğa-üzük-kulon dəsti, 1 ədəd sırğa-üzük-kulon-qolbaq dəsti aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.