Tovuzda evlərdən qızıl oğurlayan şəxslər tutuldu   - FOTO

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub, oradan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Əli Cəfərov saxlanılıb. 

Araşdırmalar zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda 20-yə yaxın vətəndaşın evindən qızıl-zinət əşyaları oğurladığı məlum olub. Satdığı əşyalardan 18 000 manatdan çox pul əldə edən Ə. Cəfərov dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib. Ə. Cəfərovun digər analoji cinayət hadisələri törətməsi istisna olunmadığından hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub, oradan 800 manat dəyərində qızıl-zinət əşyası və 400 manat nağd pul oğurlamaqda şübhəli bilinən rayonun Cəlilli kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Məmmədov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha bir cinayət əməli aşkar edilib. Belə ki, S. Məmmədov həmkəndlisinin evindən 150 manat dəyərində qızıl-zinət əşyası və 50 manat nağd pul oğurlayıb.

Şöbə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri ilə rayon sakininə məxsus avtomobildən 300 manat nağd pul oğurlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan rayon sakini saxlanılıb. Qeyd edək ki, həmin şəxs cari ilin iyul ayında vətəndaşa məxsus ümumi dəyəri 400 manat olan elektrik avadanlıqlarını oğurlayıb.

Faktlarla bağlı Tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

27 Noyabr 2024 Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
27 Noyabr 2024 Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar
27 Noyabr 2024 Səhər saatlarında ÜZÜCÜ XƏBƏR! Ölənlər və yaralananlar var
26 Noyabr 2024 Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR
26 Noyabr 2024 Bakıda sabiq rəis həbs edildi
26 Noyabr 2024 Hindistan vətəndaşından ŞOK ƏMƏL: Bakı hava limanında SAXLANILDI - FOTOLAR
26 Noyabr 2024 Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
26 Noyabr 2024 Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
26 Noyabr 2024 Mingəçevir su anbarında zəlzələ olub
26 Noyabr 2024 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
25 Noyabr 2024 Ədalət Verdiyev həbs edildi
25 Noyabr 2024 Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü

Xəbər lenti