Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakının Bilgəh qəsəbəsində yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin (“Qocalar evi”) sakini sensasiyalı iddialar səsləndirib.

"Ölkə.Az" xəbər verir ki, qocaların biri Oxu.Az-a deyib ki, “Qocalar evi”nin sabiq direktoru Qətibə Əsədovanın rəhbərlik etdiyi dövrdə burada qalmaq üçün hər ay 100 manat pul ödəyirmiş:

“Keçmiş direktor sakinlər arasında ayrı-seçkilik salırdı. O, məni yola vermirdi. Mən qocalar evinə pulla gəlmişəm. Hər ay Qətibə Əsədovaya 100 manat pul ödəyirdim. Məni çox incidirdi, bilmirdim ki, nə edim. Mən ona dedim ki, sən işdən çıxarılanda nəzir verəcəyəm.

Elə oldu ki, onun vəzifəsindən azad edilməsi barədə qərar verildi. Mən bunu etdim, yəni nəzir verdim. Hətta Qətibə Əsədova bildirdi ki, bəs mənim nəzirim? Dedim ki, sənin nəzirini də çatdıracağam. O işdən çıxanda ona 50 manat verdim və dedim ki, bu da sənin nəzirindir. Götürdü də”. 

Ahıl iddia edib ki, Q.Əsədova “Qocalar evi”ndə ahıllara kiminləsə intim münasibət qurmağı, başqa sözlə fahişəlik təklif edirmiş. Həmin pulun bir hissəsi qocaya, digər hissəsi isə Q.Əsədovaya çatmalı imiş.

“Çıxanda məni otağına çağırdı, dedi ki, mən gedirəm, amma sənə ürəyim yanır. Mənə dedi ki, bu xasiyyətlə burda çox qalmayacaqsan. Çünki mən buraya gələndə Qətibə Əsədova mənə dedi ki, burda qalmaq üçün ya ailə həyatı qurmalısan, ya da kiminləsə pul qarşılığında görüşəsən, yoxsa, burda qala bilməyəcəksən”, - deyə, o, əlavə edib.

Qeyd edək ki,  qocaların əksəriyyəti keçmiş direktorun dövründə çətin vəziyyətdə yaşadıqlarını, vaxtı-vaxtında yeməklə təmin olunmadıqlarını bildiriblər. 

İddialarla bağlı Q.Əsədova ilə əlaqə saxladıq. Keçmiş direktor iddiaları təkzib edib:

“Orda kişi var idi? Hamısı qoca adamlardır”.

O qeyd edib ki, bu iddia ilə çıxış edənləri məhkəməyə verəcək.  

 

 

Xatırladaq ki, Qətibə Əsədova keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, hazırda həbsdə olan Səlim Müslümovun dövründə “Qocalar evi”nin direktoru təyin edilib. 

Onu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifəsindən azad edib.

27 Noyabr 2024 Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
27 Noyabr 2024 Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar
27 Noyabr 2024 Səhər saatlarında ÜZÜCÜ XƏBƏR! Ölənlər və yaralananlar var
26 Noyabr 2024 Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR
26 Noyabr 2024 Bakıda sabiq rəis həbs edildi
26 Noyabr 2024 Hindistan vətəndaşından ŞOK ƏMƏL: Bakı hava limanında SAXLANILDI - FOTOLAR
26 Noyabr 2024 Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
26 Noyabr 2024 Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
26 Noyabr 2024 Mingəçevir su anbarında zəlzələ olub
26 Noyabr 2024 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
25 Noyabr 2024 Ədalət Verdiyev həbs edildi
25 Noyabr 2024 Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü

Xəbər lenti