|
Rusiyada 18 yaşlı tələbə qız babasını bıçaqlayaraq öldürüb.
Yol-xeber.az xəbər verir ki, hadisəni törədən şəxs aralarında mübahisə olduğunu və yalnız özünü müdafiə etdiyini iddia edib.
Qonşular qışqırıq səsi eşidib və polisə müraciət ediblər. Yaxınlıqda olan patrul xidmətinin əməkdaşları mənzilə daxil olub. Onlar öldürülən kişinin cəsədini və gənc qızı aşkar edib.
18 yaşlı Emina Yakubova saxlanılıb və faktla bağlı cinayət işi açılıb.
O, polisə ifadəsində babasını evdən buraxmadığı üçün bıçaqladığını bildirib.
Qız Moskva Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsinin birinci kurs tələbəsidir. Haqqında danışılarkən yalnız müsbət xarakterizə olunur.