|
Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Yol-xeber.az-ın məlumatına görə, hadisə Şəmkir rayonunda qeydə alınıb.
Belə ki, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsız davranıb və nəticədə atəş açılıb. S.Əliyev hadisə zamanı xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.
DİN-nin Mətbuat Xidməti Oxu.Az-a faktı təsdiqləyib.