|
Ermənistanın cənub-şərq hissəsində hərbi hissələrin birində erməni hərbçi öz əsgər yoldaşını güllələyib.
“Hraparak” xəbər verir ki, hadisə dekabrın 8-də axşam saat 23:50 radələrində Müdafiə Nazirliyinin cənub-şərq istiqamətində yerləşən N saylı hərbi hissəsində baş verib.
Hərbçi yoldaşı tərəfindən açılan atəş nəticəsində sıravi əsgər Senik Saakyan (2003-cü il təvəllüdlü) yaralanıb. Əsgərin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.