|
Gəncə şəhərində oğul atasını öldürüb basdırdıqdan sonra onun itkin düşməsi barədə polisə məlumat verib.
“Yol-xeber.az”nun əldə etdiyi məlumata görə, dekabrın 10-da Gəncə şəhər sakini Məmmədov Məhəmməd polisə müraciət edərək atası 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşməsi ilə bağlı məlumat verib. O, atasının ruhi-əsəb xəstəsi olduğunu bildirib.
Gəncə Şəhər Baş Polis İdarəsi və Nizami RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxsin yaşadığı evin həyətində basdırılmış meyiti tapılıb. Davam etdirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Azad Məmmədov elə öz oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tərəfindən qətlə yetirilərək basdılırıb.
M.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Faktla bağlı Gəncə şəhər prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir:
"10 may 2021-ci il tarixdə Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə şəhəri Nizami rayon polis idarəsinə daxil olmuş müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.
Araşdırmalarla müəyyən edilib ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.
Faktla bağlı cinayət işi başlanıb. Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq tədbirləri davam edir.