|
Xəbər verdiyimiz kimi, Tovuz rayon Əyyublu kənd sakininə məxsus evdən 2 800 manat nağd pul və ümumi dəyəri 500 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlanıb. Həmin şəxslər daha sonra qızıl-zinət əşyalarını əridərək külçə halına salıblar və Bakıda satıblar. Hadisə ilə bağlı Əyyublu kənd sakinləri - Nemət Abbaso, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev saxlanılıb.
Qaynarinfo verdiyi məlumata görə, evində oğurluq olan şəxs 15 gün əvvəl dünyasını dəyişib.
Rasim adlı şəxs uzun illər Rusiyada bizneslə məşğul olub. Səhhətində yaranan problemlərlə əlaqədar doğulub boya-başa çatdığı Tovuzun Əyyublu kəndinə qayıdıb. Mərhum doğma kəndində müalicəsini davam etdirirmiş.
O, evinə gəldikdən sonra hadisə baş verib və 15 gün əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, saxlanılan şəxslərdən bir neçəsi əldə etdikləri pula hətta avtomobil belə alıblar. Onlar maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Tovuz rayon Polis Şöbəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.