|
Bakı metropoliteninin daha bir əməkdaşı vəfat edib.
Yol-xeber.az xəbər verir ki, bu gün səhər işə gələrkən, "Bakı Metropoliteni"QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi Babaşxan Baxışov da ürək tutmasından yolda dünyasını dəyişib.
1959-cu il təvəllüdlü Babaşxan Baxışov 2017-ci ildən metropolitendə bu sahəyə rəhbərlik edib. Yeni tipli dəmir yolunun qurulması sahəsində peşəkar mütəxəssis və rəhbər idi.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki Eldar Süleymanov bu gün "Elmlər Akademiyası" stansiyasında vəfat etmişdi.