|
Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeyində güllə yarası olan əsgər meyiti tapılıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, martın 16-da saat 21:10 radələrində cənub-şərq istiqamətindəki döyüş mövqelərindən birində 2002-ci il təvəllüdlü sıravi Albert Levonoviç Miroyanın meyiti aşkar edilib. Onun çənəsindən güllə yarası aldığı bəlli olub.
İlkin ehtimallara görə, o özünə sui-qəsd edib.
Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması istiqamətində araşdırma aparılır.