|
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar ilçəsində Novruz mərasiminə qatılan qrupla polislər arasında kütləvi qarşıdurma yaşanıb.
Axar.az xəbər verir ki, HDP-nin təşkilatçılığı ilə keçirilən kütləvi tədbirdə təhlükəsizliyin təminatı üçün 7 min polis əməkdaşı cəlb edilib.
Belə ki, polis qüvvələri yalnız nəzarət-buraxılış məntəqələrindən keçən insanlara tədbirə qoşulmağa icazə verib.
Lakin bəzi iştirakçılar polisin qanuni tələbinə məhəl qoymayaraq, təhlükəsizik səddini aşıb və hüquq-mühafizə orqanları əməkdaşlarına müxtəlif sərt predmetlər atmağa başlayıb.
Bu zaman 15 polis əməkdaşı yaralanıb. Aparılan araşdırmlar nəticəsində iğtişaşlarda iştirak etmiş 298 nəfər müəyyən edilərək saxlanılıb, barələrində araşdırma başladılıb.