|
Sevdiyi qadını girov götürüb öldürmək istəyən şəxs saxlanılıb.
Türkiyə mətbuatı xəbər verir ki, axşam saatlarında Kanuni Sultan Süleyman Xəstəxanasının həyətində baş verib.
Başına silah dayanan qadını görənlər polisə müraciət ediblər. Polis əməkdaşları Hayri Karamanı silahını atması üçün xəbərdar ediblər.
Xəbərdarlıqlara məhəl qoymayan Karaman qadının başına dayadığı silahın tətiyini çəkib. Xoşbəxtlikdən silahdan atəş açılmayıb və həmin an polis Karamanı zərərsizləşdirib.
Polislər tərəfindən xilas edilən Günay Erbay əvvəllər Hayri Karamanla münasibətdə olduğunu, lakin evlilik təklifini qəbul etmədiyini bildirib.
Hadisədə elə bu səbəbdən baş verib.