Şəki rayon Qoxmuq kənd sakini Səmədov Aftandil Əlosət oğlu ana bətnindəki 6 aylıq körpəsinin həkim səhlənkarlığı ucbatından itirildiyini iddia edir.

Ölkə.Az-a müraciət edən A.Səmədov deyib ki, hadisə bu il fevralın 26-da baş verib. O bildirib ki, 25.02.2022-ci il tarixində hamiləliyinin 6-cı ayında olan həyat yoldaşı  Səmədova Dilarə Dursun qızı müayinədən keçib və uşağın tam sağlam olması və inkişanın normal qaydada getməsi barədə onlara sənədlər təqdim edilib. A.Səmədovun iddiasına görə bir gün sonra, 26.02.2022-ci il tarixində həkimlər Hacıyeva Nəzakət və Cəfərova Gülnar Şəki rayon doğum evində D.Səmədovanı müayinə edərkən körpənin itirilməsinə səbəb olub.

"Övladımın ölümünə görə, Şəki Rayon doğum evində çalışan həkimlər Nəzakət Hacıyev, Gülnar Cəfərova və baş həkim Ruziyə Hüseynovadan şikayətçiyəm. Həkimlərdən körpəmizin ölüsünü istəsək də, "o nə idi ki balaca bir şey idi" deyərək bizə göstərmədilər və verməkdən imtina etdilər. Həkim dedi ki, ölən körpəni zibilliyə atıblar. Körpə axı əşya deyil, necə yəni zibilliyə atıblar?!

İşin araşdırılması üçün müvafiq sənədləri Şəki rayon prokurorluğuna təqdim etmişik. Bizə dedilər ki, işə baxılıb rəy veriləcək və daha sonra bizə məlumat veriləcək. 2 ay keçməsinə baxmayaq heç bir məlumat yoxdur.

Baş həkim R.Hüseynovanın günahın oradakı həkimlərdə olduğunu etiraf etməsinə baxmayaraq deyir ki, get kimə istəyirsən şikayət et. Bildiyim qədərilə daha əvvəl R.Hüseynovanın məsuliyyətsizliyi ucbatından da bənzər hadisə baş verdiyi üçün o işindən uzaqlaşdırılıb. Sonradan yenidən Şəki rayon doğum evində işləməyə başlayıb. Mən istəmirəm ki, başqa körpələr də ölsün, mənim yaşadığımı başqa valideynlər də yaşasın". 

A.Səmədov övlad sahibi olmaq üçün bu illər ərzində ümilikdə 24-25 min manat aralığında xərc çəkdiyini deyib. Şikayətçi həm maddi təzminat, həm də təqsirkar şəxslərin cəzalandırılması üçün müvafiq yerlərə müraciət edəcəyini bildirib.

Mövqeyini öyrənmək üçün Şəki rayon doğum evinin baş həkimi R.Hüseynova müraciət etsək də, danışmaq istəmədi:

"Məsələ araşdırılır. Artıq izahatlar verilib. Məlumatı prokurorluqdan alın", - deyə o söyləyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Şəki rayon prokurorluğunda araşdırma aparılmaqla müvafiq izahatlar alınıb, ekspertizalar təyin edilib:

"Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək" - məlumatda qeyd edilib.

 

 
  •  

 

26 Noyabr 2024 Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR
26 Noyabr 2024 Bakıda sabiq rəis həbs edildi
26 Noyabr 2024 Hindistan vətəndaşından ŞOK ƏMƏL: Bakı hava limanında SAXLANILDI - FOTOLAR
26 Noyabr 2024 Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
26 Noyabr 2024 Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
26 Noyabr 2024 Mingəçevir su anbarında zəlzələ olub
26 Noyabr 2024 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
25 Noyabr 2024 Ədalət Verdiyev həbs edildi
25 Noyabr 2024 Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
20 Noyabr 2024 Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
20 Noyabr 2024 Qarakənd faciəsindən 33 il ötür

Xəbər lenti