Bakının Xəzər rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Heydər İbrahimovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

tən il fevralın 11-də Gürcüstan Respublikasının vətəndaşı, Xəzər rayonu, Südçülük sovxozu ərazisində yaşayan 1966-cı il təvəllüdlü Canpolad Məmmədovun öldürülməsi barədə Xəzər rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1978-ci il təvəllüdlü Heydər İbrahimovun aralarında yaranmış mübahisə zamanı soyuq silahdan istifadə etməklə Canpolad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Heydər İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Heydər İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Heydər İbrahimov ifadəsində bildirib ki, hərbi xidmətdən qayıtdıqdan sonra atası onu xəstəxanaya yerləşdirib. Çünki o, şizofreniya xəstəliyindən əziyyət çəkib. Həmin vaxtdan mütəmadi olaraq 1 Saylı Psixatriya Xəstəxanasında müalicə alıb. Axırıncı dəfə 2020-ci ilin yay aylarında qardaşı onu xəstəxanaya yerləşdirib. Xəstəxanada olduğu aylar ərzində yanına heç kim gəlməyib. 

Yayda xəstəxanadan çıxdıqdan sonra yenə özünü pis hiss edib. Dəfələrlə xəstəxanaya gedib orda qalmaq istədiyini bildirsə də, onu qəbul etməyiblər.

Heydər İbrahimov bidirib ki, xəstəxanadan çıxdıqdan sonra evinin qabağında göyərti satmaqla məşğul olub. 

Həmin günlərin birində evinin qabağında göyərti satan vaxt üzünü tanıdığı, amma adını bilmədiyi bir nəfər şəxs ora gələrək şəhidlərin abidəsini silməyə başlayıb. Amma İbrahimovun fikrincə, o, təmizləmək əvəzinə əksinə abidəni çirkləndirib. Onun hərəkətini şəhidlərin xatirəsinə hörmətsizlik kimi qəbul edib və həmin şəxsdən ərazidən uzaqlaşmasını tələb edib.

"Səhər-səhər göyərti satırdım. Gördüm bir nəfər üzdən tanıyıram, amma adın bilmirəm, gəldi mənim yanımda başladı şəhidlərin abidəsini silməyə. Mən də gördüm, bu silmək əvəzinə, daha da çirkləndirir. Dedim, eləmə, əl dəymə, çıx get buradan. Bu da mənə cavab qaytardı. Aramız da dava baş verdi. Bir-iki dənə də yurmuq vurdum buna uzaqlaşdı".

İbrahimov ifadəsinin davamında bildirib ki, daha sonra göyərti təmizləmək üçün istifadə etdiyi bıçağı götürüb onun dalınca qaçıb. Çatıb Canpolad Məmmədova bıçaqla xəsarətlər yetirəndən sonra o, arxası üstə yerə yıxılıb. Dəqiq neçə zərbə vurduğunu xatırlamır.  Yadındadır ki, zərərçəkmiş bir az tərpəndiyinə görə hirsi soyumayıb. Bıçaqla başını kəsib kənara atıb. 

Polis bölməsində olanda bilib ki, öldürdüyü şəxsin adı Canpoladdır.

Heydər ibrahimovun qardaşı Məcid bilridib ki, qardaşı hər il psixatrik xəstəxanada müalicə alıb. Vəziyyəti yaxşılaşdığı halda evə buraxılıb. Anası 1999-cu ildə dünyasını dəyişəndən sonra Heydərdə davranış pozuntuları başlayıb. Hərbi xidmətdən sonra vəziyyəti daha da pisləşib. Həmin anlar onu idarə etmək mümkün olmayıb. 

Mərhumun hüquqi varisi, həyat yoldaşı Güləndam Kazımova da ifadə verərək bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyini bilməyib. Hadisədən sonra onu polisə çağırıblar:

"Mən elə bildim ki, ərimin pasportla bağlı problemi var. Çünki Gürcüstan vətəndaşı olduğu üçün sənəd işləri qaydasında deyildi. Polisə getdim, oradan da morqa".

Məhkəmə Heydər İbrahimovun CM-nin 120.2.2-ci cə 2.4-cü ( xuliqanlıq niyyəti ilə və xüsusi amanzıslıqla qəsdən adam öldürmə) maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək nəticəyə gəlib ki, o, qeyd olunan maddələrlə cinayət məsuliyyətindən azad olunmalıdı.

Ekspert rəyinə və CM-nin 95-ci maddəsinin tələblərinə uyğun olaraq ona ixtisaslaşdırılmış psixatriya xəstəxanasında tibbi xarakterli məcburi tədbirlər təyin olunmalıdır.

Sonda məhkəmənin qərarı ilə Heydər İbrahimov cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilib. 

Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub.

 

 

 

 

 
26 Noyabr 2024 Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR
26 Noyabr 2024 Bakıda sabiq rəis həbs edildi
26 Noyabr 2024 Hindistan vətəndaşından ŞOK ƏMƏL: Bakı hava limanında SAXLANILDI - FOTOLAR
26 Noyabr 2024 Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
26 Noyabr 2024 Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
26 Noyabr 2024 Mingəçevir su anbarında zəlzələ olub
26 Noyabr 2024 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
25 Noyabr 2024 Ədalət Verdiyev həbs edildi
25 Noyabr 2024 Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
20 Noyabr 2024 Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
20 Noyabr 2024 Qarakənd faciəsindən 33 il ötür

Xəbər lenti