Qarabağda yeni MÜHARİBƏ EHTİMALI... - "Azərbaycan Ordusu hazır olmalıdır"

Ermənistanda bir aydan artıqdır davam edən etirazlar səngimək bilmir.

Artıq paytaxt İrəvanda hökumət evinin yaxınlığında təhlükəsizlik qüvvələri ilə toqquşmalar başlayıb. Hökumət binasına yaxınlaşan etirazçılar binanın girişinin qarşısındakı kordonu yarmağa cəhd edəndə polislə aralarında ciddi qarşıdurma yaşanıb. Polis və xüsusi təyinatlılar etirazçılara müdaxilə edib. Aksiya zamanı çox sayda saxlanılan olub.

Görünən odur ki, Baş nazir Nikol Paşinyana qarşı olan etiraz dalğası artmağa davam edəcək. Artıq bir aydır ki, hər gün Ermənistan etiraz aksiyalarına səhnə olur. Etirazçılar Paşinyanın istefasını, o cümlədən Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh danışıqlarını dayandırmasını tələb edirlər. Hətta bir çox ekspertlər hesab edirlər ki, hazırda İrəvanda inqilab ab-havası yaşanır.

Azərbaycan Ermənistanda gözlənilən hərbi çevrilişə hazır olmalıdır? Dia.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda baş verən etiraz aksiyaları Rusiya tərəfindən idarə olunur:

"Kremlin məqsədi Nikol Paşinyanı devirmək və Ermənistan ilə Azərbaycan arasındakı normallaşma prosesinə son verməkdir. Buna baxmayaraq, Ermənistanda hər hansısa bir hərbi çevrilişin baş verəcəyini düşünmürəm. Çünki etirazlar hələ ki, xalqın ciddi şəkildə dəstəyini qazanmır. Hazırda “Qarabağ klanı” və revanşist qüvvələrdən ibarət bir qrup etirazçı var. Onların da fəaliyyəti müsbət nəticə verməyəcək".

Politoloqun sözlərinə görə, generallar və ordu Paşinyanı devirməyə cəhd göstərsə, Azərbaycan buna seyirci qala bilməz:

"Çünki Ermənistanda hakimiyyətə gələcək revanşist qüvvələr birbaşa Azərbaycanla normallaşma prosesini sabotaj edəcək və sülhün əleyhinə olacaqlar. Hesab edirəm ki, Azərbaycan öz hərbi qüvvələrini dövlət sərhədində hazır vəziyyətdə saxlamalıdır. İrəvanda revanşist qrupların çevriliş cəhdi mümkün olmasa da, Azərbaycan Ermənistanla bağlı siyasətini 1 nömrə etməli və hərbi qüvvələri sərhəddə cəmləşdirməlidir".
26 Noyabr 2024 Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR
26 Noyabr 2024 Bakıda sabiq rəis həbs edildi
26 Noyabr 2024 Hindistan vətəndaşından ŞOK ƏMƏL: Bakı hava limanında SAXLANILDI - FOTOLAR
26 Noyabr 2024 Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
26 Noyabr 2024 Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
26 Noyabr 2024 Mingəçevir su anbarında zəlzələ olub
26 Noyabr 2024 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
25 Noyabr 2024 Ədalət Verdiyev həbs edildi
25 Noyabr 2024 Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
20 Noyabr 2024 Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
20 Noyabr 2024 Qarakənd faciəsindən 33 il ötür

Xəbər lenti