|
İyunun 3-də Ermənistan müxalifətinin növbəti aksiyası polislə toqquşmalara səbəb olub.
Hökumət evinə doğru irəliləmək istəyən etirazçılara polis müdaxilə etməyə çalışıb.
Aksiya zamanı müxalifətdən olan deputatlar hökumət binasına doğru yürüş edib və bütün girişləri mühasirəyə alıblar. Bu zaman polislə etirazçılar arasında toqquşma baş verib.