|
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı oğurluq cinayətləri törədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb.
Rayonun Yuxarı Qəsil kəndi ərazisində 220 metr uzunluğunda rabitə kabellərinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanması barədə şöbəyə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri – Nicat Qarayev və Elcan Zülfüqarov saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf edib və oğurladıqları kabelləri əridərək Mingəçevir şəhərində metal qəbulu məntəqəsinə satdıqlarını bildiriblər.
Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər nəticəsində isə daha 2 nəfər rayon sakini- əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Rafiq Muradlı və Tehran Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı R.Muradlıdan metamfetamin və heroin, T.Nağıyevdən isə heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslərin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.