|
Ərdoğan: Zəlzələdə 912 nəfər həyatını itirib
Türkiydə zəlzələdən həyatını itirənlərin sayı 912 nəfərə çatıb
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib.
“912 vətəndaşımız həyatını itirib, 5385 vətəndaşımız yaralanıb. 2 min 470 nəfər dağıntılar altından xilas edilib. 2 min 818 bina dağıdılıb”, - Ərdoğan bildirib.
O, NATO və AB ilə yanaşı, 45 ölkədən də yardım təklifi gəldiyini açıqlayıb.
***
Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.
F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.
***
***
Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatıb.
Bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dağıntılar yeddi vilayətdə qeydə alınıb.
***
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb.
Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.
Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.
* Malatya şəhərində 140 bina dağılıb, 420 yaralı var, 23 nəfər isə ölüb. (YENİLƏNİB)
Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.
Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.