|
Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına güclü qar yağıb.
Report xəbər verir ki, ötən gün axşam saatlarından yağan qar səhərə qədər davam edib.
Nəticədə avtomobil yollarında gediş-gəliş çətinləşib, bəzi yerlərdə hərəkəti məhdudlaşıb. Problemin həlli məqsədlə yollara duz qarışıq qum səpilir.
Daşkəsəndə qarın hündürlüyü 35-40 sm-ə çatıb.
Gədəbəy, Göygöl və Şəmkirin ucqar kəndlərinə də qar yağıb. Bu rayonların da bəzi avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.