|
Şamaxının Göylər kəndində 14 yaşlı qıza təcavüz edilməsi ilə bağlı Dövlət Komitəsi Şamaxı Rayon İcra Hakimiyyətini (RİH) icra hakimiyyətini məlumatlandırıb.
Bu sözləri açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
“Uşağın səhhəti ilə bağlı ailə ilə danışıqlar aparılır. Ehiyac yaranrasa, uşaq müvəqqəti sığınacağa yerləşdiriləcək”- o söyləyib.
Şamaxı RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Yasin Fərhadov isə Ölkə.Az-a açıqlamasında azyaşlının ailəsinin yanında olduğunu söyləyib:
“Hazırda uşaq nəzarət altındadır. Məsələ ilə bağlı Şamaxı Rayon Polis şöbəsində araşdırma aparılır. Yekunlaşdıqdan sonra ətraflı məlumat veriləcək”,- deyə o əlavə edib.
Qeyd edək ki, Şamaxı rayonunun Göylər kəndində 14 yaşlı qıza təcavüz edilib.
Əməli törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.