Nərimanov Rayon Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqer Səbinə Kətanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü ((yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Səbinə Kətanovaya 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verilib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə aradşırılır.

Növbəti proses aprelin 5-nə təyin edilib.

İttihama görə, 1991-ci il təvəllüdlü Səbinə Kətanova 05 sentyabr 2021-ci il tarixdə, saat 18:10 dəqiqədə idarə etdiyi "Toyota Prado" markalı minik avtomobillə Nərimanov rayonu ərazisində yerləşən "Verona" mebel mağazasının qarşısı ilə saatda 5-10 km sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Röyal Çələbizadəni ehtiyyatsızlıqdan maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol yan güzgüsü ilə isə zərərçəkmişin sol qolundan vurub. Nəticədə Səbinə Röyal Çələbizadənin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib.

S.Kətanovanın barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət ittiham irəli sürülüb.

Xatırlatma: Bir müddət öncə Səbinə Kətanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirmişdi.

Qeyd: Səbinə Kətanova instaqramda bloqer kimi tanınır. Onun 305 mindən çox izləyicisi var.

25 Noyabr 2024 Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
20 Noyabr 2024 Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
20 Noyabr 2024 Qarakənd faciəsindən 33 il ötür
16 Noyabr 2024 Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı
16 Noyabr 2024 Azərbaycanda qəbirstanlıqda məzarlar çökdü - qəbirlər başqa əraziyə köçürüldü
14 Noyabr 2024 Bu yollarda sıxlıq var - Siyahı - Fotolar
13 Noyabr 2024 Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb
07 Noyabr 2024 Bakıda tıxaca səbəb olan şəxs tutuldu
06 Noyabr 2024 Gəncədə və Bakıda təhlükəli xəstəlik yayılıb
06 Noyabr 2024 Qadın bıçaqlandı - Əri saxlanıldı
05 Noyabr 2024 Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub - Foto

Xəbər lenti