|
Ötən gün gecə saatlarında Zəngəzur vilayətinin Qafan rayonunda mis-molibden mədənində çalışan bir mühafizəçi güllənib.
Globalinfo.az xəbər verir ki, bundan sonra ərazidə yaşayan insanlar arasında təşviş artıb. Sakinlər Azərbaycan-Ermənistan sərhədində yaşanan son olaylardan sonra bu qətlin diversiya ola biləcəyi haqda fikirlər səsləndiriblər.
Onlar son vaxtlar əvvəlcə Qarakilsədə, sonra isə Zəngəzurun Bnunis kəndidə “azərbaycanlı hərbçilərin peyda olması” xəbərinə istinad edərək, bunun guya həmin əsgərlər tərəfindən törədilə biləcəyinə eyham vurublar.
Hadisənin ilk saatlarından rəsmi qurumlardan məlumat almaq mümkün olmayıb. Bu isə əhali arasında təşvişi daha da artırıb.
Daha sonra açıqlama verən Qacaran şəhər rəsmiləri hadisəni təsdiq ediblər. Bildirilib ki, olay zamanı 55-60 yaşlarında mühafizəçi tüfənglə vurulub. Cinayətkar onun telefonunu da oğurlayıb.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Diqqətçəkən məqam ermənilərin artıq ölkədaxili mülki konfliktlərdə də Azərbaycanı ittiham etməyə başlamasıdır. Bu isə xüsusən Zəngəzurda erməni əhalisinin hansı psixoloji vəziyyətdə olduğunu müəyyən etməyə əsas verir.