|
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar həyata keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Baş İdarə əməkdaşları tərəfindən Abşeron, Nəsimi və Suraxanı rayonlarında keçirilən əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Soltan Şiriov, Cavid Əlizadə, tanışı Turan Mustafayev, əvvəllər məhkum olunmuş Fərid Kazımov və Zaur İbrahimov saxlanılıblar. Bu şəxslərdən 19 kiloqram tərkibi psixotrop maddələlər zənginləşdirilən qurudulmuş marixuana və 5 kiloqram heroin aşkar olunub.
Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.