Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən qızıl zinət əşyaları və mobil telefon oğurlayan şəxs saxlanılıb. Saxlanılarkən həmçinin onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Astara şəhər sakini R.Heydərov yaşadığı evdən “Samsung” markalı mobil telefonun oğurlanması ilə bağlı RPŞ-yə müraciət edib. Aparılan araşdırmalarla oğurluğu törədən şəxsin əvvəllər Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Elçin Hüseynov olduğu müəyyən edilib və o saxlanılaraq Astara RPŞ-yə gətirilib.

Polis şöbəsində onun üzərinə keçirilən baxış zamanı 12 bükümdə ümumi çəkisi 1,5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. E.Hüseynovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 2 yaşayış evindən oğurluq etdiyi də məlum olub. Onun rayonun Qamışovka kəndindəki bir evdən 6000 manat dəyərində qızıl-zinət əşyaları, Astara şəhəri ərazisindəki digər mənzildən isə bir ədəd qızıl üzük oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

02 May 2025 Sərnişin və sürücü çölə düşdü
02 May 2025 Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
01 May 2025 Qəzada ölən hərbçilərin FOTOsu
01 May 2025 "Rent a Car"dan maşın götürüb 30 min manatlıq mal-qara oğurladılar
30 Aprel 2025 Təşviş yaradan səs yazısı: Məktəblilər oğurlanır... - Polisdən AÇIQLAMA
30 Aprel 2025 Kartlardan daha 36 min manat oğurlandı
30 Aprel 2025 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
29 Aprel 2025 Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlandı
29 Aprel 2025 Üç hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub
29 Aprel 2025 Müştərini Nizami küçəsindən Nəsimi rayonuna 700 manata apardı - Həbs edildi
28 Aprel 2025 MövqeIərimiz yenidən atəşə tutuIdu
28 Aprel 2025 Göyçayda iş adamı intihar etdi
28 Aprel 2025 Kartlardan oğurluqlar davam edir - 20 manatdan 2500-ə qədər...
28 Aprel 2025 Şimşək çaxır, arabir leysan və Şahdağda qar yağır - FAKTİKİ HAVA
26 Aprel 2025 Ağdaşda yol qəzası olub, xəsarət alanlar var
26 Aprel 2025 Təyyarədə dava düşdü - Bakıya məcburi eniş etdi - VİDEO
26 Aprel 2025 Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - Foto
25 Aprel 2025 Əvəz Zeynallının azadlıqda - İlk fotosu
25 Aprel 2025 “28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi

Xəbər lenti