Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.

"Report xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı tərəfindən Ruben Vardanyanın cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

25 Fevral 2025 Buz səbəbindən bu yollarda sıxlıq var
25 Fevral 2025 Biləsuvarda bir evdə 6 nəfər dəm qazından zəhərlənib
24 Fevral 2025 İxracdan əldə olunan 51 milyon dollar Azərbaycana qaytarılıb
24 Fevral 2025 Arayik Arutyunyan və digərlərinin məhkəməsi təxirə düşüb
22 Fevral 2025 Minaya düşən Nağı İmanovun son durumu açıqlandı
21 Fevral 2025 Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
21 Fevral 2025 Xəzər dənizində zəlzələ bas verib
20 Fevral 2025 Bakıda ağır qəza: ər və arvad öldü
19 Fevral 2025 Ceyhun Cəfərovun cəza müddəti bitdi - Azad edildi
19 Fevral 2025 AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hesabatı bu ilin dekabr ayına qədər hazır olacaq
19 Fevral 2025 Ermənilər 19 minə yaxın azərbaycanlını qəsdən öldürüb - RƏQƏMLƏR
18 Fevral 2025 Hərbi cinayətlər törətməkdə təqsırləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
18 Fevral 2025 100 qadının fotoları ilə söyüşlü videolar paylaşmışdı - Həbs edildi
18 Fevral 2025 Daha bir qanunsuz tikili söküldü - Video
17 Fevral 2025 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb
17 Fevral 2025 “Deyirdi ki, evdə hamınızı partladacağam...”
17 Fevral 2025 Qaradağlı faciəsindən 33 il ötür
15 Fevral 2025 Seçkilərdə qalib gəldi, bir gün sonra öldü
15 Fevral 2025 Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14 Fevral 2025 Bakıda "Bolt" sürücüsü sükan arxasında yatdı: 3 nəfər öldümdən döndü - FOTO

Xəbər lenti