İki qurumdan birgə əməliyyat - Saxlanılanlar arasında vəzifəli şəxslər də var

Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə və onlardan rüşvət almaqla himayədarlıq etməkdə təqsirləndirilən şəxslər ifşa edilib.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında qeyd olunub:

"Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

İstintaqla Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Hidayət Məmmədov və həmin şöbəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin inspektoru Bayram Məmmədovun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Haysuf Hacıyevin idarə etdiyi dərman vasitələri və digər mallarla yüklü nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsini təmin etmək müqabilində onlara müraciət etmiş vətəndaş Arzu Abdullayevdən rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Hidayət Məmmədov Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməkçilik), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma), Bayram Məmmədov həmin Məcəllənin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), Arzu Abdullayev və Haysuf Hacıyev isə həmin Məcəllənin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 (külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında təqsirləndirilən şəxslər Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs, Haysuf Hacıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

14 Aprel 2025 Əməliyyat zamanı canlı yayım açan həkimlərə - Xəbərdarlıq
14 Aprel 2025 Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
14 Aprel 2025 DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI - Təhlükə var!
14 Aprel 2025 İrandan Azərbaycana PUA ilə narkotik keçirən şəxslər saxlanılıb
12 Aprel 2025 Polis Abşeronda əməliyyatlar keçirib
12 Aprel 2025 MövqeIərimiz yenidən atəşə tutuldu
12 Aprel 2025 “Koroğlu”da taksi aşdı, yaralanan var - Yenilənib - Video
11 Aprel 2025 Araiklə başının dəstəsi prokurorun suallarını cavablandıracaqlar – TARİXİ MƏHKƏMƏ DAVAM EDİR
11 Aprel 2025 İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi
11 Aprel 2025 Mövqelərimiz TovuzqaIa istiqamətindən atəşə tutulub
10 Aprel 2025 Milyonları qəbrə qoyan Qebreyesus yenə “pandemiya olacaq” deyir, pul istəyir
10 Aprel 2025 Polisə tabe olmayıb özünə xəsarət yetirən “parkovşik” həbs edildi
10 Aprel 2025 Kartlardan daha 40 min manat oğurlandı
10 Aprel 2025 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub
09 Aprel 2025 Tanınmış həkimə “erməni” dedi, prokurora rüşvət verdiyini söylədi- Qalmaqala görə bu cəza verildi
09 Aprel 2025 Azərbaycanda bu əraziyə giriş qadağan edildi
09 Aprel 2025 36 nəfər hərbi xidmətə yararsız imiş... - Vəzifəli şəxslər saxlanıldılar
09 Aprel 2025 Vətəndaşları aldadıb 87 min manat oğurladılar - DİN-dən çağırış
09 Aprel 2025 Ordumuzun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub
08 Aprel 2025 “Azdrama”da aktyorlar əlbəyaxa dalaşıb?

Xəbər lenti