İran-Ermənistan təlimində Peyğəmbər qızının adı – bu İslamın təhqiridir!

Fatimeyi-Zəhranın adıyla təcavüzkar qövmə haqq qazandırmaq – bu nə müsəlmanlıqdır, nə insanlıq!
İran rejiminin Ermənistanla birgə keçirdiyi hərbi təlimin “Ya Fatimeyi-Zəhra” kod adı ilə təqdim edilməsi İslam dünyasında dərin hiddət doğurub. Musavat.com xəbər verir ki, tanınmış ilahiyyatçı-yazar Turan İrfan bu hadisəyə sərt reaksiya verib və bu təlimi “Peyğəmbər Əhli Beytinin adına açıq təhqir” kimi qiymətləndirib.

Turan İrfanın sözlərinə görə, Xocalıda körpə zəhralara qarşı amansızlıq göstərmiş, müsəlman azərbaycanlılara qarşı soyqırımı törətmiş bir toplumla İslamın ismət simvolunu yanaşı çəkmək dini dəyərlərə qarşı həqarətdir:

“Peyğəmbərin qızı, Həzrət Əlinin həyat yoldaşı olan Fatimeyi-Zəhranın pak adını hərbi-siyasi maraqlara alət etmək, onu Ermənistana dəstək niyyəti ilə istifadə etmək – İslamı və bütün müqəddəsləri təhqir etməkdir.”

İlahiyyatçı bildirir ki, bu addım yalnız İran rejiminin deyil, bütövlükdə fars şüubiyyəsinin ikiüzlü siyasətindən qaynaqlanır: “Bu kod ad göstərir ki, məqsəd dini-siyasi qalxan qurmaqdır. Amma Fatimeyi-Zəhranın ismini Xocalı qatillərinin yanında çəkmək, bu müqəddəs adla onlara dəstək nümayiş etdirmək nə dini, nə insani baxımdan izah oluna bilər.”

Turan İrfan vurğulayıb ki, İslamın ilk ismət simasını – Fatimeyi-Zəhranı qorumaq, onun adını belə təhqirdən çəkinmək hər bir müsəlmanın müqəddəs borcudur:
“Əhli Beyti, xüsusilə də Fatimeyi-Zəhranı müdafiə etmək – yalnız onun şəxsini deyil, İslamın öz mahiyyətini müdafiə etməkdir.”

15 Aprel 2025 Putinin 9 may hədəfi - Trampın verdiyi möhlət bitir
15 Aprel 2025 Trampın Çin qərarı: Avropa fəlakətlə üzləşib
15 Aprel 2025 Paşinyandan müharibə ilə bağlı AÇIQLAMA
14 Aprel 2025 ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
14 Aprel 2025 İNANILMAZ HADİSƏ! Fəsillər qarışdı: Eyni anda həm yaz, həm qış yaşanır
14 Aprel 2025 Çindən ABŞ-a böyük zərbə: Bu məhsulların ixracı dayandırıldı
14 Aprel 2025 Husilər İsraili VURDU
14 Aprel 2025 Xocavənddə "Böyük Ermənistana aparan tunel" aşkarlandı - FOTO
14 Aprel 2025 Tramp Putinlə anlaşmadı, dərhal ilk sarsıdıcı zərbəni vurdu: İndi ABŞ Rusiyanı çökdürəcək yeni plan qurur
12 Aprel 2025 Yunanıstan Türkiyəni təhqir edən hərbçilərini cəzalandırdı
12 Aprel 2025 Trampı ölümlə hədələyən şəxs həbs edildi
12 Aprel 2025 Ukraynada döyüşən çinlilərlə bağlı Rusiya XİN-dən açıqlama
12 Aprel 2025 Rusiya üzərində gecə ərzində 36 PUA vurulub
11 Aprel 2025 Tramp mobil telefon bazarlarını da çalxalayır – qiymət 1046 dollardan 3500 dollara qalxa bilər
11 Aprel 2025 ABŞ və Çin toqquşması - Ticarət savaşında kim qalib gələcək?
11 Aprel 2025 “Biz sadəcə Ukraynanı məhv etdik”: Taker Karlsondan qalmaqallı açıqlama
11 Aprel 2025 Türk dövlətində HƏYƏCAN TƏBİLİ - Bioloji hücuma məruz qaldı
11 Aprel 2025 Tramp Ukrayna savaşını dayandırmaq şansını itirdi: İndi Ağ Evdə ABŞ-Rusiya toqquşmasına hazırlıq başlayıb
10 Aprel 2025 “Virus da, müharibə də bu qədər təsirli olmadı" – Trampın qərarı tarix yazdı
10 Aprel 2025 Tramp: İrana qarşı hərbi əməliyyatlara İsrail rəhbərlik edəcək

Xəbər lenti